Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2022 22:36
Xaçmazın Ağtala kəndində 12 yaşlı qız dəm qazından ölüb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, 2010-cu il təvəllüdlü Şəhla Vüqar qızı Əlifxanova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
Ailə üzvlərinin bildirdiynə görə, Ş.Əlifxanovaya ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.