Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2022 20:36
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) səhhətində problem yaranıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb. O, bu səbəbdən Moskvada baş tutan "İlin mahnısı" festivalında iştirak edə bilmədiyini bildirib. Buna baxmayaraq o, xəstəliyinin nə olduğunu açıqlamayıb.
Gecədə "Titers" hiti "İlin mahnısı" seçilən Coni tədbirə gedə bilməməsini belə şərh edib:
"Çox sağ olun! Bu, mənim və yaradıcılığım üçün çox vacib mükafatdır. Təəssüf ki, səhhətimdə ciddi problem olduğundan mərasimdə şəxsən iştirak edə bilmədim. Lakin çox şadam və mənə göstərilən etimada görə təşəkkür edirəm".
Qeyd edək ki, Coni ilk dəfə 2021-ci ildə "Sən amansızsan" hiti ilə sözügedən mükafatı alıb.