Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ardıcıl 7-ci dəfə...

Ardıcıl 7-ci dəfə...

Tarix: 6 Dekabr 2022 08:28

DÇ-2022-nin 1/8 final mərhələsinin Yaponiya ilə matçında Xorvatiya növbəti uğurunu qazanıb. Avropa təmsilçisi mundialların bu mərhələsinə tarixi ərzində 3 dəfə vəsiqə qazanıb və hamısında 1/4-ə yüksəlməyi bacarıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, mundiallarda 3 dəfə penalti seriyasında qüvvəsini sınayan xorvatlar, bütün hallarda qələbə əldə edib. O da maraqlıdı ki, mundiallarda sonuncu 7 seriyada vuruşları 2-ci yerinə yetirən komanda qalib gəlib.

Əsas vaxtda xorvatları bərabərlik qolunu vuran İvan Perişiçin isə başqa bir uğuru var. Bu, cinah yarımmüdafiəçisinin Dünya və Avropa Çempionatlarında 10-cu qolu idi. Deməli, 9 qollu Davor Şuker artıq tarixdə qaldı. Ayrıca İvan 5 fərqli AÇ və DÇ-də qol vuran ilk xorvat oldu.

Milli.Az


Etiketlər:  Ardıcıl dəfə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ