Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2019 14:12
Bakı. Mətanət Nəsibova - Trend:
Bakı Azərbaycanın strateji tərəfdaşları olan Rusiya və Türkiyə arasında dostluq münasibətlərini dəstəkləyir.
Trend-in məlumatına görə, buni Milli Məclisin deputatı Rasim Musabəyov Trend Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində keçirilən “Azərbaycan-Rusiya-Türkiyə: siyasi dialoq, iqtisadiyyat, təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan, eyni zamanda Bakı-Moskva-Ankara müstəvisində üçtərəfli əməkdaşlıq formatını tam şəkildə dəstəkləyir:
“Eyni zamanda, regionda kiçik ölkələr da var ki, məsələn, Ermənistan - böyük dövlətlərin rəqabətindən faydalanmağa çalışır”.
Deputat bildirib ki, üç regional dövlət arasında əməkdaşlığın güclənməsi onların hər biri üçün faydalıdır, bu əməkdaşlıq regionun sabitliyin və enerji təhlükəsizliyinin qorunmasına yönəlib:
“Hər üç dövlət regionun siyasi sabitliyinin möhkəmlənməsi və iqtisadi inkişafı üçün səy göstərir. Bu, üçtərəfli əsasda münasibətlərin özülünün möhkəmləndirilməsi üçün əsas amildir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin