Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Edam hökmü verilənlər əslində kimlərdir? - Tehranın “əxlaq polisi” oyunu

Edam hökmü verilənlər əslində kimlərdir? - Tehranın “əxlaq polisi” oyunu

Tarix: 6 Dekabr 2022 22:24

İranda Ali Məhkəmə etirazlarda həbs olunanlar barədə ölüm hökmü qərarı verib. Bu barədə yerli "Şərq İran" qəzeti məlumat yayıb. Bildirilib ki, hakim Qulamhüseyn Möhseni son həbslərlə bağlı keçirilən məhkəmənin bitdiyini və "terrorizm, qətl, ictimai asayişi pozmaq" ittihamları ilə mühakimə olunan 5 gənc barəsində edam hökmü qərarını verib. Yerli medianın verdiyi xəbərə görə, 17-18 yaş arasında olan 11 müttəhimin hər biri 18 il müddətinə azadlıqdan məhrum edilib. Hakim həbs olunan barədə bu fikirləri deyib:

"Əlində odlu və ya soyuq silah olub, düşmənin agenti kimi hərəkət edənlər ölkənin təhlükəsizliyini pozaraq insanlarda qorxu yaradır və bu şəxslər edam olunmalıdır."

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, İranın Ədliyyə Nazirliyinin sözçüsü isə aksiyalarda həbs edilən 1024 nəfər barəsində ittiham aktının hazırlandığını açıqlayıb. Sosial şəbəkələrin İran seqmentində yayılan məlumatlara görə, həbs edilənlərin arasında siyasi fəallardan başqa, idmançılar, blogerlər, jurnalistlər və ictimai fəallar var. Maraqlıdır, molla hökuməti onlara qarşı da edam maşınını işə salacaqmı? Və ya ümumiyyətlə həbs edilənlərin hamısı edam olunacaq?

Məsələ ilə bağlı açıqlama verən güneyli siyasi fəal Əhməd Obalı bildirib ki, edamlar İran hökumətinin əhaliyə qarşı istifadə etdiyi əsas güc vasitəsidir. O əlavə edib ki, molla hökuməti edamlara davam edəcək, amma bu dəfə beynəlxalq təşkilatların da təzyiqləri ilə qarşılaşacaq.

İranda isan haqları fəalları, vəkillər və keçmiş siyasi məhbuslar Nəsrin Sutude və Məhəmməd Seyfzade yaydıqları açıq məktubda inqilab məhkəmələrini qanunsuz adlandıraraq, İranda hazırkı ümummilli etirazlar zamanı saxlanılan etirazçılar barəsində "ölüm hökmləri"nin verilməsini dayandırmağa çağırıblar. İsfahanın "Sepahan" futbol komandasının sabiq məşqçisi Əlirza Mərzban xalqın etirazlarını dəstəkləyən ərdəbilli futbol əfsanəsi Əli Dayinin restoranlarının İran hökuməti tərəfindən bağlanılmasını da təsdiqləyib və xalqa müraciətində, "Zülmün qarşısında susmaq olmaz. Dayanmayın! Bu faşist və diktator rejimi artıq sübut edib ki, öz varlığını qorumaq üçün uşaqların cəsədlərinin üstündən belə keçməyə hazırdır!"- deyib.

Qeyd edək ki, İran mətbuatında aksiyalardan qorxan hökumətin əxlaq polisinin ləğv etməsi ilə bağlı xəbərlər tirajlandı. Bəs Tehran rejiminin bu addımının arxasında nə durur?

Əhməd Obalı deyib ki, Terhan əxlaq polsini ləğv etsələr də, qanunda bu xidmət var. Yəni ki, xidmətin bu növü bir qurumun adından çıxarılıb, başqa quruma veriləcək. Xatırladaq ki, İranda 3 aydan çoxdur davam edən aksiyalar artıq xalqların istiqlal mübarizəsinə çevrilib.


Etiketlər:  Edam hökmü verilənlər əslində kimlərdir Tehranın əxlaq polisi oyunu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ