Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kilsə rəhbəri övladlığa götürdüyü qızı işgəncə ilə öldürüb - FOTO

Kilsə rəhbəri övladlığa götürdüyü qızı işgəncə ilə öldürüb - FOTO

Tarix: 7 Dekabr 2022 19:40

Kaliforniyada protestant kilsəsinin lideri olan 49 yaşlı Letisiya Makkormak üç qızına işgəncə verməkdə və onlardan birinin ölümünə səbəb olmaqda ittiham edilir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məhkəmə protokollarına görə, müttəhim valideynləri ilə birlikdə qızlara qarşı fiziki zorakılıq tətbiq edib. Belə ki, Makkormak uşaqları çubuqlarla döyüb.

Məlum olub ki, Letisiya və onun qohumları uşaqların yeməyinə məhdudiyyətlər qoyub və azyaşlıları tualetə buraxmayıblar.

Bunun nəticəsi olaraq qızlardan biri dünyasını dəyişib. Oun bədənində 15 sınıq aşkar olunub. Uşağın çəkisi 22 kq təşkil edib.

Hadisədə Makkomarkın əri də iştirak edib. Lakin istintaq başlayanda həmin şəxs özünü güllələyib. Digər üç qohum uşaq istismarında, qadın və onun atası isə qətldə ittiham olunublar.


Etiketlər:  Kilsə rəhbəri övladlığa götürdüyü qızı işgəncə ilə öldürüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ