Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Biləsuvar sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Biləsuvar sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Tarix: 8 Dekabr 2022 08:50

Biləsuvar rayonunun Xırmandalı kəndində dekabrın 8-də saat 03 radələrində kənd sakini 1982-cil təvəllüdlü Mehtun Qarayevin üzərində qırma xəsarətləri olan meyiti aşkarlanıb.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Mehtun Qarayevi şəxsi münasibətlər zəminində qətlə yetirməkdə şübhəli bilinən həmin kənd sakini 1985-ci il təvəllüdlü Cavad Kərimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

Qeyd edilib ki, ondan cinayət aləti olan ov silahı aşkar olunaraq götürülüb.


Etiketlər:  Biləsuvar sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ