Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2022 20:08
Hindistanın Pendjab əyalətinin Djalandhar şəhərinin sakini 4 naməlum qadını adam oğurluğu və zorlamada ittiham edib.
Sonxeber.net bildirir ki, bu barədə "The Mirror" məlumat yayıb.
Təxminən 20 yaşlı dəri zavodunun işçisi polisə bildirib ki, o, şəhəri gəzərkən ağ rəngli avtomobildə dörd qadın onun yanında saxlayıb. Onlar bir-biri ilə ingiliscə danışsalar da, onunla pandjabi dilində danışıblar. Qadınlar ona ünvan yazılan bir kağız verib ora necə gedəcəyini soruşublar.
Hindlinin diqqətini yayındırdıqdan sonra qadınlardan biri onun gözlərinə müəyyən bir maddə səpib. Oğlan müvəqqəti kor olub və huşunu itirib. Kişi artıq maşında əlləri arxasına bağlanmış halda ayılıb. Hücum edənlər onu meşəyə aparıblar, orada narkotik veriblər, sonra isə spirtli içki içməyə məcbur edərək zorlayıblar və gözləri bağlı vəziyyətdə qoyublar. Kişi sonda özünü azad edib və evinə qayıda bilib.
Polis qəribə hadisə ilə bağlı araşdırma aparır.
İrfan Vəliyev