Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Başı kəsilmiş qadının əri 140 milyon dollar istəyir

Başı kəsilmiş qadının əri 140 milyon dollar istəyir

Tarix: 8 Dekabr 2022 20:58

ABŞ-ın Yuta Milli Parkında baş verən qəzada ölən qadının əri və ailəsi hökumətdən təzminat olaraq 140 milyon dollar tələb edib.

Sonxeber.net bildirir ki, bu barədə "The New York Post" yazıb.

2020-ci ilin yazında Lüdovik Mişo və həyat yoldaşı Ester Nakadjigo "Arki" Milli Parkında maşınla gəziblər. Cütlük yolda quraşdırılmış metal darvazanın yanından keçən zaman güclü küləkdən darvaza aşıb və ön oturacaqda oturan Esterin başını kəsib.

Ailənin vəkilləri iddia ediblər ki, ABŞ Park Xidmətinin infrastrukturunun saxlanmasına etinasızlıq turistin ölümünə səbəb olub. Qurbanın əri həyat yoldaşının xeyriyyə işləri ilə məşğul olan Uqanda müğənnisi və aktrisası olduğunu bildirib. Onun sözlərinə görə, əgər Nakadjiqo ölməsəydi, o, illik yüz minlərlə və ya milyonlarla dollar gəlir gətirən qeyri-kommersiya təşkilatının baş direktoru olacaqdı. O, həyat yoldaşını itirməkdən kədərini, eləcə də əldən verilmiş fürsətləri 140 milyon dollar dəyərində qiymətləndirib.

Hakimin yaxın həftələrdə qərar verəcəyi gözlənilir.

İrfan Vəliyev


Etiketlər:  Başı kəsilmiş qadının əri milyon dollar istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ