Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya və Türkiyə milli valyutada hesablaşma aparacaq

Rusiya və Türkiyə milli valyutada hesablaşma aparacaq

Tarix: 8 Oktyabr 2019 17:20

Bakı. Trend:

Rusiya Maliyyə Nazirliyi ilə Türkiyə Xəzinə və Maliyyə Nazirliyi arasında milli valyutalarda hesablaşma və ödəmələr barədə saziş imzalanıb.

Trend-in məlumatına görə, sazişi Rusiya maliyyə nazirinin birinci müavini Anton Siluanov və Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak imzalayıb.

Sazişə əsasən iki ölkə arasında bank hesablaşmaları zamanı milli valyutalardan (rubl və lirə) istifadə olunması, maliyyə bazarlarının müvafiq infrastrukturunun yaradılması nəzərdə tutulur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Rusiya Türkiyə milli valyutada hesablaşma aparacaq


RƏYLƏR