Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maestro Ceyhun: “Usta briqadam var” - VİDEO

Maestro Ceyhun: “Usta briqadam var” - VİDEO

Tarix: 9 Dekabr 2022 18:55

"Maestro" ləqəbi ilə şou-biznesdə məşhurlaşan skripka ifaçısı Ceyhun İsmayılovun təmir-tikinti işi ilə məşğul olduğu üzə çıxıb.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu barədə sənətçi qona qolduğu "Həmin Zaur" axşam şousunda danışıb.

Ceyhun bildirib ki, pandemiya dövründə bir neçə obyektin layihəsini hazırlayaraq, ustaların köməyi ilə inşa edib:

"Uşaqlıq arzum tikinti ilə məşğul olmaq olub. Musiqiçi olmasaydım, sırf bu işə köklənərdim. Usta briqadam var. Pandemiya dövründə bir çox özəl sifarişlərimiz oldu. Tikinti işi ilə məşğul olsam da, orada çox ola bilmirəm. Tikiləcək obyektin layihəsinin dizaynını verirəm ustalar isə köməkləşərək, orada işin əsas hissəsini icra edirlər. Ustalar və fəhlələr hamısı dostlarımızdır. Amma ustalar briqadirdən nə qədər narazı olsalar, iş bir o qədər keyfiyyətli olar".

Milli.Az


Etiketlər:  Maestro Ceyhun Usta briqadam var VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ