Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Biz tələbələrə dərs deməyə getməmişik" - Tələbə-bloger qalmaqalı böyüyür

“Biz tələbələrə dərs deməyə getməmişik

Tarix: 10 Dekabr 2022 10:05

Tiktoker və aktyor Nicat Şakirli (Nikosayağı) ünvanına yazılan iradlara münasibət bildirib.

Milli.Az xəbər verirt ki, bu barədə olay-a danışan sosial media ulduzu deyib ki, İqtisad Universitetinə tələbələrin istəkləri ilə yollanıblar:

"Biz tələbələrə dərs deməyə, yaxud da tövsiyə verməyə getməmişik. İzləyicilərimizlə görüşmüşük və özləri bizi istəyiblər. Biz də bu istəklərinə görə getmişik, həmsöhbət olmuşuq. Təhsillə bağlı tövsiyə verməmişik ki, desinlər, gör, məsləhət verməyə kimlər gəlib. Tələbələrlə yaxın dost, qardaş kimi deyib-gülmüşük. Paylaşılanlara da baxıram gülürəm. Pis örnək olub nə etmişik ki?!".

Qeyd edək ki, UNEC-də tiktokerlər Sabir Samiroğlu, Zaur İskəndərov və N. Şakirlinin tələbələrlə görüşünün təşkil edilməsi tənqidlə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri onlar təhsil müəssisəsindəki görüşünü düzgün hesab etməyib.

Milli.Az


Etiketlər:  Biz tələbələrə dərs deməyə getməmişik Tələbə bloger qalmaqalı böyüyür


RƏYLƏR