Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qobu parkda yanğın: 50 nəfər təxliyyə edilib - YENİLƏNİB - VİDEO

Qobu parkda yanğın: 50 nəfər təxliyyə edilib - YENİLƏNİB - VİDEO

Tarix: 10 Dekabr 2022 11:32

11:31

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Qaradag rayonu, Müşviqabad qəsəbəsi Qobu park 2 yaşayış kompleksi bina 2 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Milli.Az-a verilən xəbərə hgrə, Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 9-cu mərtəbəsindən qədər yerləşən elektrik şitində yanğın baş verdiyi və tüstülənmənin digər mərtəbələrə yayıldığı müəyyən edilib. Tüstülənmə və kəskin iydən vətəndaşların həyatı üçün təhlükə yaranıb.

Operativ və çevik müdaxilə sayəsində yanğın qısa müddətdə söndürülüb. FHN-nin qüvvləri tərfində umumilikdə 50 nəfər təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.

--------

10:43

"Qobu Park" yaşayış kompleksində binada yanğın başlayıb. 

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə yaşayış binalarından birinin 3-cü mərtbəsində baş verib. Hazırda əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğının söndürülməsi istiqamətində iş aparılır.

Milli.Az


Etiketlər:  Qobu parkda yanğın nəfər təxliyyə edilib YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ