Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2022 21:38
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Qətərdə keçirilən dünya çempionatında Mərakeşə 0:1 hesabı ilə uduzduqları 1/4 final oyunundan sonra ağlayıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, yarımfinala çıxa bilmədikləri üçün məyus olan 37 yaşlı hücumçu göz yaşlarını saxlaya bilməyib.
Bu, təcrübəli forvardın peşəkar karyerasında sayca 5-ci mundial olub.
Qeyd edək ki, qarşılaşmada yeganə qolu 42-ci dəqiqədə Yussuf En-Nesiri vurub. Mərakeş yarımfinalda İngiltərə - Fransa cütünün qalibi ilə qarşılaşacaq.