Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qəlbiniz paltarım kimi qaradır”

“Qəlbiniz paltarım kimi qaradır”

Tarix: 13 Dekabr 2022 20:15

Aktrisa Ülviyyə Xəlilbəyli "Zaurla Günaydın" verilişindəki görüntüsünü tənqid edənlərə münasibət bildirib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi ötəngünkü efirdən sonra ünvanına yazılan iradlara  instaqramda cavab verib.

"Bugünkü efirdən sonra o qənaətə gəldim ki, sanki mənə rəy yazanların hamısı dünya gözəlidir. Sanki heç kəsin evində problem olmur, süddən çıxmış ağ qaşıqlardır, məndə səhv tapa bilirlər. Mümkündür ki, bu gün yorğun olmuşam, pis görünə bilərəm. Siz hər kadrda və şəkildə gözəl düşürsünüz? Ancaq pis rəylər yazırsız, nə qədər qəlbiniz qaradır, paltarım kimi. İçinizi türklər demiş, fərəh tutun. Bəlkə üzünüzdə əks olunar. Qəlbi qara olduğunuz üçün uğur qazan bilmirsiniz, uğurlu insanların da qazandıqlarını həzm edə bilmirsiniz", - deyə, Ülviyyə vurğulayıb.

Ülviyyə daha sonra "Uğurlu və xoşbəxt insanların nə baxışında, nə qəlbində, nə dilində, nə də ətrafında yaydığı enerjidə neqativlik olur. Uğursuz və bədbəxtlərə Allah kömək olsun. Qəlbinizə sevgi dolsun ki, gözəl görməyi bacarasız" sözlərini qeyd edib.


Etiketlər:  Qəlbiniz paltarım kimi qaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ