Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Argentina millisi İtaliyanı geridə qoydu

Argentina millisi İtaliyanı geridə qoydu

Tarix: 14 Dekabr 2022 19:58

Argentina millisi mundiallarda toplanan xal sayında İtaliyanı geridə qoyub.

Futbol üzrə Argentina millisi dünya çempionatlarında ən çox xal toplayan komandaların siyahısında 3-cü pilləyə yüksəlib.

Milli.Az report-a istinadən bildirir ki, Cənubi Amerika təmsilçisi Qətərdə keçirilən DÇ-2022-nin yarımfinal mərhələsində Xorvatiya üzərində 3:0 hesablı qələbə ilə buna nail olub.

FIFA tərəfindən komandaların hər qalibiyyətinin 3, heç-heçəsinin isə 1 xalla hesablandığı sıralamaya əsasən, Argentina yığması mundiallar tarixində ümumi xal sayını 157-yə çatdırıb. Onlar builki dünya çempionatına qatıla bilməyən İtaliya seçməsini geridə qoyublar.

Cədvələ beşqat dünya çempionu Braziliya millisi başçılıq edir. "Sambaçılar" dünya çempionatlarında iştirak etdikləri 114 qarşılaşmada 247 xal qazanıblar.

1. Braziliya - 114 oyun / 247 xal

2. Almaniya - 112 / 225

3. Argentina - 87 / 157

4. İtaliya - 83 / 156

5. Fransa - 71 / 127

6. İngiltərə - 74 / 118

7. İspaniya - 67 / 110

8. Niderland - 55 / 104

9. Uruqvay - 59 / 88

10. İsveç - 52 / 73

Qeyd edək ki, Argentina millisi DÇ-2022-nin dekabrın 18-də keçiriləcək final oyununda Fransa - Mərakeş matçının qalibi ilə qarşılaşacaq.

Milli.Az


Etiketlər:  Argentina millisi İtaliyanı geridə qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ