Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2022 20:50
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma"nın ilk uçuşu uğurla baş tutub.
Bu barədə "Baykar" şirkətindən bildirilib.
Qeyd edilib ki, Tekirdağın Çorlu şəhərindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində lazımi uçuş öncəsi sınaqları tamamlandıqdan sonra saat yerli vaxtla 14:59-da havaya qalxan "Bayraktar Kızılelma" ilk uçuşunu saat 15.17-də müvəffəqiyyətlə tamamlayıb və yerə enib.
""Kızılelma"nın 18 dəqiqə davam edən ilk uçuşu Türkiyə aviasiya tarixində yeni bir dövrün pərdəsini açıb. Baykarın 100% öz kapitalı ilə yola çıxardığı "Bayraktar Kızılelma" layihəsi 2021-ci ildə başlayıb. 14 Noyabr 2022-ci ildə istehsal xəttindən çıxan TC-ÖZB quyruq nömrəsi ilə Bayraktar KIZILELMA, Çorludakı AKINCI Uçuş Tədris və Test Mərkəzinə köçürülüb. 1 ay davam edən sınaqlardan sonra layihənin başlanmasından bu yana təxminən 1 il rekord müddətdə ilk uçuş həyata keçirilib", - məlumatda deyilir.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Bayraktar Kızılelma"nın yaxın zamanda kütləvi istehsalının başlayacağını qeyd etmişdi.