Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əkrəm İmamoğlu vəzifəsindən kənarlaşdırılacaq?

Əkrəm İmamoğlu vəzifəsindən kənarlaşdırılacaq?

Tarix: 14 Dekabr 2022 23:20

Xəbər verdiyimiz kimi, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna həbs cəzası verilib.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, İmamoğlu hazırki şəraitdə həbs cəzası almayacaq.

Belə ki, verilən 2 il 7 ay 15 gün həbs cəzası qüvvədə qalacağı təqdirdə o, Ali Məhkəməyə göndəriləcək. Bunun müddəti isə öz növbəsində 3 aydan 1 ilə qədər olan vaxtı əhatə edir. Qərar yekunlaşdıqdan sonra Əkrəm İmamoğlu həbs cəzası ala və işindən kənarlaşdırıla bilər. Həmin müddət tamam olana kimi İBB rəhbəri fəaliyyətini davam etdirəcək.

Ali Məhkəmə qərarı təsdiq edərsə, İmamoğlu siyasətdən uzaqlaşdırılacaq.

Bu gün verilən qərardan sonra İmamoğlu həbsə yollanmayacaq. O, bələdiyyə sədri kimi fəaliyyətini davam etdirəcək.


Etiketlər:  Əkrəm İmamoğlu vəzifəsindən kənarlaşdırılacaq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ