Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı-Quba yolunda dəhşətli qəza - ölənlərin sayı 7 nəfərə çatdı - YENİLƏNİB - FOTO

Bakı-Quba yolunda dəhşətli qəza - ölənlərin sayı 7 nəfərə çatdı - YENİLƏNİB - FOTO

Tarix: 15 Dekabr 2022 11:42

11:41

Bakı-Quba yolunda baş verən ağır qəza nəticəsində xəsarət alan daha bir nəfər dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan TİR sdürücüsü xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü xəstəxanada dünyasını dəyişib.

--------
10:45

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mersedes Vito" markalı mikroavtobusla TIR toqquşub. İlkin məlumata görə yol-nəqliyyat hadisəsində 6 nəfərin öldüyü bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

Milli.Az


Etiketlər:  Bakı Quba yolunda dəhşətli qəza ölənlərin sayı 7 nəfərə çatdı YENİLƏNİB FOTO


RƏYLƏR