Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2022 16:02
"Baş verən yol-nəqliyyat hadisələrində əsas səbəb sürətdir".
Sonxeber.net xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev feysbukda yazıb.
"Əziz dostlar, doğmalarınıza, yaxınlarınıza imkan verməyin avtomobili yüksək sürətlə sürsünlər. Onlara anladın ki, onları gözləyən var. Baş verən yol-nəqliyyat hadisələrində əsas səbəb sürətdir, sürətdir, sürətdir. Sürət yolu deyil, ömrü qısaldır", - o bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində "Mercedes-Vito" markalı mikroavtobusla TIR toqquşub.
Nəticədə mikroavtobusun sürücüsü də daxil olmaqla 7 nəfər həlak olub, TIR sürücüsü isə xəsarət alıb.