Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaraciyərində hepatit aşkarlanan Mahir Cürətin VƏZİYYƏTİ NECƏDİR?

Qaraciyərində hepatit aşkarlanan Mahir Cürətin VƏZİYYƏTİ NECƏDİR?

Tarix: 15 Dekabr 2022 17:45

"İndi atamla bərabər 1 saylı Şəhər Klinik Xəstəxanasından çıxdıq. Orada valideynim xəstəliyi ilə bağlı bir sıra analizlər verdi və onların cavablarını aldıq. 

Atamın səhhətində yeni problemlər aşkarlanıb. Onun qaraciyərində ağır dərəcəli hepatit xəstəliyi aşkarlanıb. Sabah qaraciyər həkimi, yəni hepatoloqun yanına gedəcəyik".

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri məşhur meyxana ustadı və qəzəlxan Mahir Cürətin oğlu İskəndər Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Sənətkarın övladı bildirib ki, ayaqlarında olan yaralar müəyyən qədər sağalıb.

"Atam M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində bütün lazimi olan müalicələrini yekunlaşdırdı. Orada ona qan vuruldu, plazma köçürüldü. Xəstəxana bütün atamın xərclərinin öz üzərinə götürdü. Orada çalışan və atamın sağalması üçün əlindən gələn yardımı edən həkimlərə təşəkkürümü bildiririk. Heç kimə bir qəpik də pul vermədik.

Bütün olunan müalicələr təmənnasız oldu. Xəstəxananın kollektivi 15 gün ərzində hər şey etdilər ki, atam sağalsın və özünü yaxşı hiss etsin. Ayaqlarında olan yaralar müəyyən qədər sağalıb. Həkimlər yaraların tam sağalması üçün müxtəlif dərman kremləri yazıb. Bundan əlavə ayağına geyinmək üçün elastik corabları da almağımızı məsləhət görüblər", - deyə qəzəlxanın övladı söyləyib.

Atasının qaraciyərində hepatitin ağır forması aşkarlandığını qeyd edən M.Cürətin oğlu "Həkim dərman resepti yazıb verib. İçində müəyyən bahalı dərmanlar var.

Onları almalıyıq. Növbəti mərhələdə o dərmanları qəbul etməlidir və evdə müalicələrini davam etdirməlidir. Söylədiyim kimi qaraciyər həkiminin yanına gedəcəyik. Əgər hepatoloq desə ki, atanız xəstəxanada qalmalıdır, buna əməl edib, orada qalıb müalicələrini davam etdirəcək" sözləri ilə dediklərini yekunlaşdırıb.  

Milli.Az


Etiketlər:  Qaraciyərində hepatit aşkarlanan Mahir Cürətin VƏZİYYƏTİ NECƏDİR


RƏYLƏR