Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın keçmiş bir nömrəli tennisçisi həbsxanadan azad edildi

Dünyanın keçmiş bir nömrəli tennisçisi həbsxanadan azad edildi

Tarix: 16 Dekabr 2022 21:00

Almaniyalı keçmiş tennisçi, vaxtilə dünyanın bir nömrəli raketka ustası olan Boris Bekker Britaniyada həbsdən azad edilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, altıqat Böyük Dəbilqə çempionu əcnəbiləri vətənlərinə deportasiya etməklə yerli həbsxanaların yükünü azaltmaq üçün nəzərdə tutulmuş proqram çərçivəsində sərbəst qalıb.

2022-ci ilin aprelində Bekker müflis elan edildikdən sonra yüz minlərlə funt sterlinq dəyərində aktivlərini gizlətdiyinə görə mühakimə olunub və iki il yarım  müddətinə azadlıqdan məhrum edilib. Alman bütün ittihamları rədd edib, hətta iflas prosesinin bir hissəsi olaraq toy üzüyünü də təklif edib.

Xatırladaq ki, 2002-ci ildə Almaniyada Boris Bekker vergidən yayınmaqda təqsirli bilinib və buna görə şərti həbs cəzası alıb.


Etiketlər:  Dünyanın keçmiş nömrəli tennisçisi həbsxanadan azad edildi


RƏYLƏR