Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranlı ayətullah üzr istədi: "Din xadimi olaraq İran xalqından üzr istəyirəm"

İranlı ayətullah üzr istədi:

Tarix: 17 Dekabr 2022 11:46

İranlı ayətullah xalqdan üzr istədi: "Mən bir din xadimi olaraq İran xalqından üzr istəyirəm"

Milli.Az bildirir ki, "Əsr İran" saytının xəbərinə görə, İranın tanınmış din xadimi Muhəqqiq Damad deyib: "Nisbətən yaşlı bir din xadimi kimi mən bütün İran xalqından üzr istəyirəm. Biz İslam əxlaqını təbliğ etməkdə və bugünkü nəsli mehriban, mərhəmətli və zorakılıqdan uzaq tərbiyə edə bilmədik".

Şəhid Beheşti Universitetinin professoru və hüquqşünas Ayətullah Mustafa Muhəqqiq Damadın sözlərinə görə, ən qaranlıq və ən çətin zorakılıq, müqəddəs və dini motivlərin törətdiyi zorakılıqdır; yəni Allahın adı ilə öldürüb qul edib baş kəsmək.

"Tarixdə bütün müharibələr zorakılıq nəticəsində baş verib. Müqəddəs zorakılıq qədər də acı bir zorakılıq yoxdur",- deyə o bildirib.

Milli.Az


Etiketlər:  İranlı ayətullah üzr istədi Din xadimi olaraq İran xalqından üzr istəyirəm


RƏYLƏR