Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransaya qanunsuz yolla siqaret gətirən erməni belə cəzalandırıldı

Fransaya qanunsuz yolla siqaret gətirən erməni belə cəzalandırıldı

Tarix: 18 Dekabr 2022 09:32

2021-ci ildə Fransaya külli miqdarda siqaret gətirən Ermənistan vətəndaşının məhkəməsi başa çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, 62 yaşlı erməni avtomobilində Lüksemburqdan 66 kq tütün məmulatı gətirərkən saxlanılıb. Avtomobilə baxış zamanı çox sayda dərman preparatı da aşkar edilib.

İlkin dindirmə zamanı saxlanan şəxs ucuz siqaretləri Ermənistan ordusuna yardım üçün göndərəcəyini bildirib.

Ötən gün Tionvil şəhərində keçirilən məhkəmə iclasında o, eyni iddianı təkrarlasa da, hakimləri inandıra bilməyib. Müdafiə tərəfin vəkili siqaret üçün ödəniş etmiş erməni icması nümayəndələrinin siyahısını da təqdim edib. Lakin iclasa sədrlik edən hakim Ermənistan və Gürcüstanda siqaretin Lüksemburqdan da ucuz olduğunu bildirib.

Məhkəmənin hökmünə görə, Ermənistan vətəndaşının hərəkəti sırf kommersiya xarakterlidir. Hakim gömrük xidmətinin 3000 avro cərimə tələbini təmin edib. Bundan əlavə saxlanılan şəxs vergidən yayınmaya görə 19 900 avro cərimə olunub. Müsadirə olunan tütün məmulatları isə məhv edilib.

Milli.Az


Etiketlər:  Fransaya qanunsuz yolla siqaret gətirən erməni belə cəzalandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ