Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi dünya çempionluğu və millidəki taleyi barədə danışdı

Messi dünya çempionluğu və millidəki taleyi barədə danışdı

Tarix: 19 Dekabr 2022 07:22

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-nin qalibi olmaları haqda danışıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, 35 yaşlı hücumçu Fransa ilə oyundan (3:3, penaltilərlə 4:2) oyundan sonra bunları söyləyib:

"Bilirəm! Tanrı bu kuboku mənə hədiyyə etdi. Bunu qəlbimdə hiss edirəm. Tez bir zamanda Argentinaya getmək istəyirəm. Çılğınlar kimi zəfəri qeyd etmək, sevinmək istəyirəm! Çox əziyyət çəkdik, amma bacardıq. İndi bundan zövq alaq".
 
Messi yığmadakı gələcəyi haqda danışıb. O, millidə oynamağa davam etmək istədiyini deyib: "Aydındır ki, karyeramı belə bitirmək istəyirdim, bundan artıq heç nə istəyə bilmərəm. Tanrı mənə hər şeyi verdi. Demək olar ki, karyeramı bu şəkildə bitirmək çox təsiredici olardı. Amerika Kuboku, dünya çempionatının kuboku... Amma mən futbolu, gördüyüm işi sevirəm. Milli komandada olmağı xoşlayıram. Dünya çempionu kimi oynamağa davam etmək istəyirəm".

Milli.Az


Etiketlər:  Messi dünya çempionluğu millidəki taleyi barədə danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ