Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2022 09:00
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsini ətraflı müzakirə etdik. KTMT-də sədrlik yanvarın 1-dən Belarusa keçəcək".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin həmkarı Aleksandr Lukaşenko ilə Belarusun paytaxtı Minskdə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bugünkü danışıqlarda KTMT ilə yanaşı, vahid müdafiə məkanının formalaşdırılması barədə geniş müzakirə aparılıb:
"Biz dövlət təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda Belarusun xüsusi döyüş sursatı üçün təyyarə hazırlaması barədə danışdıq. Düşünürəm ki, xüsusi döyüş başlığı istifadə etmək qabiliyyətinə malik Belarus döyüş aviasiya ekipajlarını hazırlaya bilər".