Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vasif Talıbovun evinin polis tərəfindən mühafizəsi dayandırılıb? - Rəsmi AÇIQLAMA

Vasif Talıbovun evinin polis tərəfindən mühafizəsi dayandırılıb? - Rəsmi AÇIQLAMA

Tarix: 20 Dekabr 2022 14:14

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun evinin polis mühafizəsi tərəfindən qorunması xidmətinin dayandırılması haqda xəbərlər yayılıb. 

Sonxeber.net bildirir ki, Manset.az yayılan xəbərlə bağlı açıqlama alıb. Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsini icra edən polis mayoru Elvin Səfərli açıqlamasında yayılan xəbərin doğru olmadığını bildirib.

"Naxçıvan MR Ali Məclisinin sədrinin evinin polis mühafizə xidməti tərəfindən qorunması davam edir. Bu barədə yayılan məlumat doğru deyil. Hazırda da mühafizə xidməti davam etməkdədir. Dünən yayılan xəbərlərdə adıçəkilən Hümbət Allahverdiyev bizdə mühafizənin komandiri vəzifəsində çalışır. O kiməsə belə bir göstəriş verməyib".


Etiketlər:  Vasif Talıbovun evinin polis tərəfindən mühafizəsi dayandırılıb Rəsmi AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ