Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2022 16:20
"Bacımın sağlığında onun üçün hər şey etdim, amma ömrü bitdi. Xərçəng çox ağır xəstəlikdir. Onun ömrünü 20 il uzatdım".
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadənin qonaq olduğu "Həyat tərzi" verilişində deyib.
Uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişən bacısı Sərfinaz Müqbilova ilə bağlı xatirələrini dilə gətirən sənətçi bildirib ki, o, yaşasın deyə xaricdən ona dərmanlar gətirib.
"Bacım yaşasın deyə, əməliyyatlar keçirdi, müalicələr aldı. Xaricdə olanda oradan dərmanlar alıb Bakıya gətirirdim. Bunların köməyi ilə bacımın yaşamasını uzatdıq. Amma bu mübarizədə xərçəng bacıma qalib gəldi. Bacım dünyasını dəyişdi, ehsan verdim.
Bacım o qədər əlləşdi, vuruşdu, əziyyət çəkdi, çalışdı, amma özü ilə heç nə apara bilmədi. Bacım o qədər arıq və cılız idi ki, heç beş metr kəfən aparmadı. Kövrəlmək istəmirəm.
Sağlığında o plovları, meyvələri, ətləri aparıb yedizdirmək lazımdır. Dünyadan köçəndə də bəxtəvər getsin. Sağ ikən bir-birimizin gədrini bilək. Heç kimin xətrinə dəyməyək. Onun günahını çiynimizdə aparmayaq. İnsanları olduğu kimi qəbul etmək lazımdır", - deyə N.Qafarzadə vurğulayıb.
Qeyd edək ki, Nadir Qafarzadənin bacısı Sərfinaz Müqbilova 58 yaşında bu ilin oktyabr ayında dünyasını dəyişib.