Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''107 kilo idim, indi 30 kq arıqlamışam''

''107 kilo idim, indi 30 kq arıqlamışam''

Tarix: 20 Dekabr 2022 19:25

"Hər zaman qalmaqallardan uzaq gəzmişəm. Bəzi hallarda istəmədən qalmaqalların mərkəzində olmuşam. Belə olub ki, kimsə bostanıma daş atıb, ona cavab vermişəm. Susa bilmərəm axı. Susanda da deyirlər ki, yəqin ki, günahkardır. Deyir abırlı mədəniyyətindən susdu, abırsız da elə bildi ki, o susdurub. Sənətlə gündəmə gəlmək lazımdır. Sənətiniz varsa, gəlin göstərin. Bu meydan, bu da şeytan. İnanın, bəzən elə şeylər eşidirəm ki. Bəzi qalmaqallar da qurma olur. Məsələn, biri həmkarına deyir ki, sən məni söy, mən də səni. Belə də onlar gündəmə gəlirlər. Bəs siz tamaşaçıların üzünə necə baxacaqsınız?"

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib. O, daha sonra əlavə edib.

"Dərd gələndə birdəfəlik gəlir deyib atalarımız. Ötən il atam dünyasını dəyişdi, daha sonra koronavirusa yoluxdum, bir az ailəmdə problemlər yaşandı. Stress keçirirdim, gücsüz idim. Belə olduğu halda da yeyirdim, kökəlirdim. Bu mənim özümdən asılı deyildi. Bir də gördüm ki, qabağını alıb, yığışdıra bilmirəm. 107 kilo idim, indi 30 kilodan çox atmışam. Amma bu hələ son deyil, hədəfim hələ qarşıdadır. Tamaşaçılar da deyir ki, Mətanət xanım, bu çəkiniz əladır, o illərə qayıtmısınız. Allah düşmənimə də mənim yaşadığım stressləri yaşatmasın" deyə sənətkar bildirib.

Müğənni hər zaman gənc həmkarlarına dəstək olduğunu bildirib.

"Sənətdə yeni addımlayan gənclərə hər zaman dəstək olmuşam. Onları hətta özümlə birlikdə qonaq olduğum verilişlərə də çıxarmışam. Heç kim deyə bilməz ki, Mətanət xanımdan kömək istədim, mənə kömək etmədi. Bir neçəsinə hətta mahnılarımı oxumasını da icazə vermişəm. Demişəm ki, götürün oxuyun. Mahnılar bizim övladlarımızdır. Bu gün Şövkət Ələkbərovanın, İlhamə Quliyevanın mahnılarını hamı oxuyur. Mən də arzu edərdim ki, dünyamı dəyişəndən sonra bütün müğənnilər mahnılarımı oxuyub, xatirəmi yaşatsınlar" deyə əməkdar artist bildirib.


Etiketlər:  kilo idim indi arıqlamışam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ