Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Serbiya və Azərbaycan hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəkləyib

Prezident: Serbiya və Azərbaycan hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəkləyib

Tarix: 21 Dekabr 2022 16:09

Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanıb. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.

Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır", - deyə dövlətimizin başçısı vurğulayıb.

Milli.Az


Etiketlər:  Prezident Serbiya Azərbaycan hər zaman bir birinin ərazi bütövlüyünü dəstəkləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ