Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2022 22:50
Fransanın Moskvadakı səfiri Pyer Levi Fransanın xarici işlər naziri Katrin Kolonnanın Mərkəzi Afrika Respublikasında Rusiya Evinin rəhbəri Dmitri Sıtıya qarşı sui-qəsd cəhdi ilə bağlı bəyanatı ilə əlaqədar Rusiya XİN-ə çağırılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Nazirlik Fransa səfirinə bildirib ki, Rusiyaya qarşı ittihamlar qəbuledilməzdir.
Xarici İşlər Nazirliyi cinayət əməli nəticəsində ağır xəsarət alan Rusiya vətəndaşının xəstəxanada müalicəsini davam etdirdiyi vaxtda bu cür şərhlərin yersiz olduğunu vurğulayıb.