Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski ABŞ-dan bu ölkələrə səfər edə bilər

Zelenski ABŞ-dan bu ölkələrə səfər edə bilər

Tarix: 21 Dekabr 2022 23:06

ABŞ-dan sonra Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniya, Fransa və Almaniyaya səfər edə bilər.

Milli.Az bildirir ki, bu barədə "report" "CBS"yə istinadən xəbər verir.

ABŞ prezidenti Cozef Bayden Zelenski ilə yerli vaxtla saat 14:00-da Ağ Evdə görüşəcək, bundan sonra liderlər birgə mətbuat konfransı keçirəcəklər.

Spiker Nensi Pelosinin ofisi bildirib ki, Zelenski daha sonra yerli vaxtla saat 19:30-da Konqresin birgə iclasında çıxış edəcək.

Xatırladaq ki, Zelenskinin artıq Amerikaya rəsmi səfəri başlayıb.

Qeyd edək ki, bu gün ABŞ Prezidenti Kiyevə 1 milyard dollar vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.

Milli.Az


Etiketlər:  Zelenski ABŞ ölkələrə səfər edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ