Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pelenin səhhəti yenidən pisləşib

Pelenin səhhəti yenidən pisləşib

Tarix: 22 Dekabr 2022 08:40

Futbol üzrə üçqat dünya çempionu braziliyalı Pelenin səhhətinin vəziyyəti pisləşib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə keçmiş futbolçunun həkimləri məlumat veriblər.

Pelenin yerləşdirildiyi klinika bildirib ki, noyabrın 29-da düz bağırsağın xərçəngi, tənəffüs yolu infeksiyasının müalicəsi üçün kimyaterapiya kursunu tənzimləmək üçün xəstəxanaya yerləşdirilən Edson Arantis do Nasimentonun (əsl adı Pele - Red) müalicəsində mənfi tendensiya müşahidə olunur, buna görə də böyrək və ürək disfunksiyası səbəbindən daha intensiv müalicə tələb olunur.

Eyni zamanda həkimlər qeyd edbrlər ki, onun hələ də reanimasiya və ya yarımintensiv terapiyaya köçürülməsinə ehtiyac yoxdur və adi palatada qalmağa davam edir.

Milli.Az


Etiketlər:  Pelenin səhhəti yenidən pisləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ