Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2022 23:38
"14 yaşım olanda 22 yaşlı oğlanla bir evdə yaşayırdım. Daha sonra anası imkan vermədi, "neynirsən o qızı, xəstədir" deyirdi".
Bu sözləri Baku TV-də yayımlanan "Arzunun vaxtı" verilişində bir neçə gün öncə küçəyə atılan üç aylıq körpənin anası deyib.
32 yaşlı Şəfiqə övladının atası tərəfindən küçəyə atıldığını bildirib.
"Valideynlərim rəhmətə gedib. 14 yaşından küçələrdə böyümüşəm".
Şəfiqə üç dəfə ailə həyatı qurduğunu və küçəyə atılan övladının atasının başqa ailəsinin də olduğunu qeyd edib.