Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi PSJ-də daha bir mövsüm keçirəcək

Messi PSJ-də daha bir mövsüm keçirəcək

Tarix: 23 Dekabr 2022 09:08

Argentina millisinin ulduz futbolçusu Lionel Messi yayda Fransanın PSJ klubunu tərk etməyəcək.

Milli.Az "Report"a istinadən xəbər verir ki, Paris təmsilçisinin prezidenti Nasser el-Xelaifi 35 yaşlı hücumçunun atası ilə görüşüb.

Toplantıda təcrübəli oyunçunun klubda daha bir mövsüm keçirməsi ilə bağlı şifahi razılıq əldə olunub.

Bundan əlavə, Messiyə sabiq klubu İspaniya "Barselona"sından rəsmi təklif gəlmədiyi də bildirilib.

Messi Qətərdəki dünya çempionatının qalibi olduqdan sonra daha bir dəfə UEFA Çempionlar Liqasını qazanmaq niyyətindədir.

Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatmalıdır.

Milli.Az


Etiketlər:  Messi PSJ daha bir mövsüm keçirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ