Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müxtəlif xəstəliklərdə müxtəlif pəhrizlər

Müxtəlif xəstəliklərdə müxtəlif pəhrizlər

Tarix: 24 Dekabr 2022 01:03

Çay dieti.
Gün ərzində 7 stəkan çay və hər dəfə 10 qram qənddən ibarətdir. Enterekolit və ishal zamanı təyin edilir.
Şəkər dieti.
Gün ərzində 5 stəkan qaynaq çay və hər stəkana 30-40 qram şəkər tozu. Bu diet xroniki kolit və ishal zamanı, qara ciyər xəstələrinə təyin edilir.
Düyü-kompot dieti.
1 kq meyvədən 1,5 litr kompot bişirilir, düyüdən kaşa hazırlanır. Gün ərzində 6 stəkan kompot içilir, 2 dəfə düyü kaşası yeyilir. Qara ciyər və podaqra xəstələrinə təyin edilən dietdir.
Alma dieti.a
Gün ərzində 2 kq alma 5-6 dəfəyə yeyilir. Günorta yeməyinə düyü kaşası əlavə etmək olar. Bu diet şəkərli diabet və piylənmədən əziyyət çəkənlərə şamil edilir.
Qaysı dieti.
0,5 kq qaysı qaynadılır, gün ərzində 5 dəfəyə yeyilir. Bu diet arterial təzyiqdən əziyyət çəkənlərə və artıq çəkisi olan ürək xəstələrinə təyin edilir.
Qatıq dieti.
2 saatdan bir 100 ml qatıq və ya südün içərisinə 50 qram quru çörək doğrayıb yeməkdən ibarətdir. Bu diet ürək-damar xəstələri üçün nəzərdə tutulub.
Ət dieti.
Gün ərzində 1 dəfə 250 qram yaxşı bişmiş ətin üzərinə müxtəlif tərəvəzlər doğranıb yeyilir. Şəkərli diabet xəstələrinə və piylənmədən əziyyət çəkənlərə tətbiq olunur.


Etiketlər:  Müxtəlif xəstəliklərdə müxtəlif pəhrizlər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ