Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağır xəstəliyə tutulan prodüser izləyiciləri ilə vidalaşdı

Ağır xəstəliyə tutulan prodüser izləyiciləri ilə vidalaşdı

Tarix: 24 Dekabr 2022 21:26

Məşhur türkiyəli prodüser və "YouTube" verilişləri aparıcısı Armağan Çağlayanda ağciyər xərçəngi aşkarlanıb.

Prodüseri və aparıcısı olduğu "YouTube" verilişləri ilə diqqət çəkən 56 yaşlı Çağlayan bir neçə gün öncə bununla bağlı sosial media hesabında məlumat verib.

"Bu yaxınlarda illik sağlamlıq müayinəsindən keçərkən ağciyərimdə kütlə aşkarlandı. Kütlənin böyük ehtimalla xərçəng olduğu ortaya çıxdı. İşləmək mənim üçün həmişə olduğu kimi, indi də həyatla əlaqəmi saxlayan ən vacib motivasiya mənbəyidir. Ona görə də məcburi fasiləni çox uzatmadan işimin başına qayıdacağam", - deyə o bildirib.

Lakin növbəti paylaşımında Çağlayan qeyd edib ki, həkimlər ona çox işləməməyi və özünü yormamağı tövsiyə ediblər.

Milli.Az


Etiketlər:  Ağır xəstəliyə tutulan prodüser izləyiciləri ilə vidalaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ