Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2022 13:04
Böyük Britaniya Kralı III Çarlz yetkinlik yaşına çatmayan azyaşlını cinsi istismar etməkdə təqsirli bilinən kiçik qardaşı şahzadə Endryunu Bukingem sarayından qovub.
Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. Saraya yaxın mənbə nəşrə bildirib ki, Endryunun Bukengemdə qalması artıq rəsmi olaraq mümkün deyil. Kral bunu açıq şəkildə vurğulayıb ki, Endryu artıq krallıq vəzifələrini yerinə yetirməyəcək, o, təkbaşınadır.
Belə ki, bundan sonra şahzadə Endryu sarayının ünvanından yazışmalar üçün istifadə edə bilməyəcək.
Bununla yanaşı, nəşr yazır ki, Endryu Sandrinqem sarayında kral ailəsinin digər üzvləri ilə Milad bayramı üçün nəzərdə tutulan ziyafətdə iştirak edəcək.
Qeyd edək ki, amerikalı Virciniya Roberts-Qiuffre 17 yaşında olanda dəfələrlə şahzadənin təcavüzünə məruz qaldığını iddia edib. Virciniyanın dediyinə görə, bu, onun dostu, pedofiliyada və yetkinlik yaşına çatmayanların cinsi alverində ittiham olunan milyonçu Cefri Epşteynin malikanəsində baş verib. Mərhum Kraliça II Elizabet onu hərbi rütbə və titullardan məhrum etmişdi.