Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2022 07:12
Ruben Vardanyan Qarabağa sentyabr ayında gəlib və cəmi 4 ay içərisində separatçıların liderinə çevrilib, Araik Arutunyanı arxa plana keçirdib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Ruben Vardanyan şəxsi reklamına xüsusi diqqət ayırır, gəldiyi 4 ayda müxtəlif ölkələrin nəşrlərinə müsahibələr verib, onun tez-tez Rusiyanın televiziya kanallarında müsahibələri yayımlanır:
"Rusiya xarici işlər naziri Sergey Lavrov "o bizdən deyil" desə də, Kremlin nəzarətindəki media Vardanyana informasiya dəstəyini artırıb. Vardanyan Xankəndidəki bugünkü mitinqin piarını da təşkil edib, elə indicə "Avronyus" kanalında geniş reportaj yayımlandı, proqramda ermənilərin mövqeyi işıqlandırıldı.
Əlbəttə, biz haqlıyıq və doğru bildiyimiz yolla gedirik, müxtəlif istiqamətlərdən təzyiqlər qərarımıza təsir etmir. Ancaq qızışan informasiya müharibəsində geri qala bilmərik, bu hərbi qarşıdurma ilə yanaşı, həm də bir beyin yarışmasıdır, əks-həmlələr barədə düşünməli, Vardanyan amilinin zəifləməsinə çalışmalıyıq".