Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2022 10:35
"İnsanlarda yalan, satqınlıq və ikiüzlülük məni çox əsəbləşdirir. Bu cür insanları həyatımdan bir dəfəlik silirəm. Onlar yanımda ola bilməzlər. Acı olsa da, amma doğrunu söyləsin".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "MTV maqazin"ə açıqlamasında deyib. Sənətçi uşaqların sosial şəbəkəyə girməsinə qarşı olduğunu bildirib:
"15-16 yaşında bir uşağın sosial şəbəkədə nə işi var? Övladlarım dörd ildir ki, sosial şəbəkələrdən istifadə edirlər. Yəni onlar 19 yaşı tamam olduqdan sonra sosial şəbəkələrdən istifadə etdilər. O zamana qədər onlara icazə verməmişəm. Baxmayaraq ki, müğənniyəm... Adətən bizim haqqımızda başqa-başqa sözlər danışırlar. Amma bizim özümüzün qanunlarımız var".