Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2022 12:44
"1991-1997-ci illərdə hərbi xidmətlə bağlı xəsarət almış 16 679 şəxsə birdəfəlik ödəniş verilib".
Sonxeber.net xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Naxçıvandan olan şəxslərin sayı 441 nəfər, məhkəmə qətnaməsi ilə yoxlanılanların sayı isə 1109 nəfərdir. Ödənilmiş məbləğ isə 105 560 416 AZN təşkil edib.
"Zəfər" altsistemi vasitəsilə cari il ərzində təxminən 86 min şəxsə müharibə veteranı təqaüdü verilib və ödənişləri də yanvarın 1-dək tam verilib.