Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda aviabiletlər və turpaketlər ucuzlaşa bilər - VİDEO

Azərbaycanda aviabiletlər və turpaketlər ucuzlaşa bilər - VİDEO

Tarix: 26 Dekabr 2022 14:00

Birdən-birə minlərlə ucuz aviabiletin satışa çıxarılması adi qaydada satılan bilet qiymətlərinə də  təsirsiz ötüşməyəcək. Bu kampaniya xüsusilə yay aylarında biletlərin bahalaşmasının qarşısını ala və turpaketlərin ucuzlaşmasına səbəb ola bilər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bunun turizm üzrə ekspert Rəhman Quliyev deyib.

O hesab edir ki, bu cür kampaniyalar mütəmadi olmalıdır. Ekspert düşünür ki, bu təşəbbüs həm yay aylarında sıxlığa təsir edə, həm də qiymətlərin bahalaşmasının qarşısını ala bilər.

Xüsusilə xarici ölkələrə təşkil edilən turların qiymətlərinin nisbətən enəcəyi gözlənilir. Ekspert deyib ki, əksər hallarda turların baha olmasının səbəbi aviabiletlərin mövsümi vaxtlarda kəskin bahalaşması olur.

Qeyd edək ki,  ''Buta'' hava yolları 10 min aviabileti endirimli qiymətlərlə satışa çıxarıb. Ən ucuz aviabilet 29 avrodan başlayır. Məhdud sayda olsa da, hələlik aviabiletlərdən qalan var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Azərbaycanda aviabiletlər turpaketlər ucuzlaşa bilər VİDEO


RƏYLƏR