Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2022 15:10
Xalq artisti Nəzakət Teymurova son halı ilə görənləri təəccübləndirib.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, "Zaurla Günaydın" səhər şousunda xanəndə xeyli çəki atması ilə diqqətləri üzərinə cəmləyib.
Teymurovanın evində qonaq olan Zaur "Çox arıqlamısınız. Hazırda çəkiniz nə qədərdir?" sualına Xalq artisti "Hazırda çəkim 60 kiloqramdır. Təbii yolla deyil süni şəkildə arıqladım. Səhhətimdə problemlər yarandı. Buna görə də, arıqlamaq məcburiyyətində qaldım" cavabını verib.
Qeyd edək ki, Nəzakət Teymurovanın Nigar adlı bir qız övladı var.