Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2022 16:52
Saatlının heyva bağlarında məhsul yığımı aparılır.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, məhsuldarlıq və keyfiyyət yüksək, qiymət isə aşağıdır.
Fermerlər deyirlər ki, Türkiyədən gətirilmiş tinglər hesabına rayonun Qaralar kəndində ilk dəfə intensiv heyva bağı salınıb. Bağda 54 min ədəd ting əkilib. Təsərrüfat sahibi Həbib Əhmədovun sözlərinə görə, bağdan artıq 130 ton heyva yığılıb.
Məhsuldarlıq yüksək olsa da, qiymətlər fermerləri qane etmir. Daxili bazar üçün heyvanın 1kq-ı 80-90 qəpiyə satılır. Bundan əlavə məhsulun ixracı zamanı da çətinliklər yaşanır. İlkin mərəhələdə xarici ölkələrə hələ ki, 20 tona qədər məhsul satılıb. Yerdə qalan məhsul saxlama kameralarına yerləşdirilib.
Təsərrüfat sahibləri deyirlər ki, dövlət tərəfindən bağçılığa göstərilən diqqət sahəyə olan marağı daha da artırır. Belə ki, hər hektara 850 manat subsidiya verilir, bu vəsait hesabına lazımi gübrələr alınır və bağa aqrotexniki qulluq göstərilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: