Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

76 yaşlı müğənni ƏRƏ GEDİR: Sevgilisinin 36 yaşı var

76 yaşlı müğənni ƏRƏ GEDİR: Sevgilisinin 36 yaşı var

Tarix: 27 Dekabr 2022 14:15

Şer adı ilə tanınan erməni əsilli məşhur müğənni Şerilin Sarkisyan özündən 40 yaş kiçik sevgilisi, repçi Aleksandr Edvardsla evləndiyini açıqlayıb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, müğənni bu barədə "Twitter" hesabında məlumat yayıb. 

"Pop ilahəsi" adlandırılan ifaçı iri brilyant qaşlı üzüyünün fotosunu paylaşaraq "Artıq sözə ehtiyac yoxdur, Aleksandr", - o yazıb.

Qeyd edək ki, daha çox pop rok janrında ifa edən Şer həmçinin, "Mask", "The Player", "Faithful" və digər filmlərə çəkilib. 


Etiketlər:  yaşlı müğənni ƏRƏ GEDİR Sevgilisinin yaşı


RƏYLƏR