Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

Tarix: 27 Dekabr 2022 19:18

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir.

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti, Beynəlxalq Rusiyalı Həmvətənlər Şurasının sədri Həsən Mirzəyevdən:

"Hörmətli İlham Heydər oğlu.

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyası, Beynəlxalq Rusiyalı Həmvətənlər Şurası, Rusiya Vəkillər Gildiyası, Rusiya Vəkillik və Notariat Akademiyası, "Moskva Hüquq Mərkəzi" Vəkillər Kollegiyası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin yüksək vətənpərvərliyiniz, fəal həyat mövqeyiniz, ali dövləti vəzifənizi layiqincə yerinə yetirməyiniz Vətənə sədaqətlə xidmət nümunəsidir.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan çox mürəkkəb geosiyasi şəraitdə genişmiqyaslı siyasi, iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının yüksəldilməsi yolu ilə inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir. Siz Heydər Əlirza oğlu Əliyevin müstəqil Azərbaycan Respublikasında başladığı islahatlar yolunu layiqincə davam etdirirsiniz. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni, siyasi əlaqələr günbəgün genişlənir və möhkəmlənir. Mən bir azərbaycanlı kimi tarixi Vətənimlə fəxr edir, onu yüksək dəyərləndirirəm. Bakıda çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi də Azərbaycan Respublikasının nailiyyətlərinin beynəlxalq aləmdə etirafının təsdiqidir.

Bu gün Siz ömür yolunuzun mühüm mərhələsindəsiniz - zəngin təcrübənizi müdriklik və həyat bilgiləri ilə ahəngdar şəkildə əlaqələndirirsiniz. Siz çox iş görmüsünüz və hələ çox planlarınız var. Qoy enerjiniz, gümrahlığınız və ruh yüksəkliyiniz Sizi heç zaman tərk etməsin. Sizə uzun ömür, cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər arzu edirəm.

Sizə, yaxınlarınıza, bütün Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

***

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən:

"Möhtərəm cənab Prezident.

İcazə verin, doğum gününüz münasibətilə Sizi təbrik edim.

Sizə möhkəm cansağlığı arzu edirəm, çünki yalnız möhkəm cansağlığı olduqda qarşıya qoyduğunuz qlobal məqsədlərə nail olmaq və Azərbaycanın qarşısında duran strateji vəzifələri yerinə yetirmək olar.

Sizə fədakar fəaliyyətinizdə uğurlar arzu edirəm. Qarabağın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində qazanılmış Qələbə işıqlı gələcəyə doğru çox mühüm, lakin birinci addımdır. Müharibədən sonrakı dağıntıların, işğaldan azad edilmiş ərazilərdə dağıdılmış infrastrukturun bərpası Sizin bütün istedadınızın, imkanlarınızın və titanik əməyinizin səfərbər olunmasını tələb edən meqavəzifədir.

Sizə və ailənizə firavanlıq, xoş əhval-ruhiyyə arzu edirəm".

***

Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının baş katibi Andrey Belyaninovdan:

"Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Həmkarlar İttifaqları Ümumi Konfederasiyası adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikasının bu gün cəmiyyətin bütün sahələrində müşahidə etdiyimiz sanballı nailiyyətləri əməksevər xalqınızın quruculuq və yaradıcılıq, ölkənin istehsal və elmi potensialının daim təkmilləşməsinin nəticəsidir.

Bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Bu tarixi inkişafın əldə edilməsində Sizin - xalqın həqiqi liderinin çox böyük rolu var. Dövlətçiliyin möhkəmləndirilməsi, ümdə sosial problemlərin səmərəli həlli Sizə ölkə vətəndaşlarının geniş dəstəyini qazandırıb. Onlar özlərinin və övladlarının gələcəyinə görə rahatdırlar və öz Prezidentlərinə tam etimad bəsləyirlər.

Ölkədə səmərəli sosial dialoq sistemi fəaliyyət göstərir, əməkçilərin və əmək kollektivlərinin hüquq və azadlıqlarının etibarlı təminatı yaradılıb. Bu, demokratik təsisatların yüksək dərəcədə inkişafına dəlalət edir.

Bu xoş fürsətdən istifadə edərək, həmkarlar ittifaqları hərəkatının fəaliyyətinə yetirdiyiniz daimi diqqətə görə Sizə səmimi təşəkkürümü bildirmək istərdim.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, əmin-amanlıq və Vətən naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".

***

"Sankt-Peterburq və Leninqrad vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti" Şəhər İctimai Təşkilatının sədri Vaqif Məmişovdan:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bilirəm ki, indi Siz bütün dünyadan təbriklər alırsınız. İcazə verin, öz adımdan və "Sankt-Peterburq və Leninqrad vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti" Şəhər İctimai Təşkilatının Şurası adından bu səmimi təbriklərə qoşulum.

2020-ci ildə Siz milyonlarla həmvətənimizin arzusunu həyata keçirdiniz - Sizin siyasi, diplomatik və sərkərdəlik istedadınız sayəsində tarixi Azərbaycan torpaqları olan Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi, dövlətimizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. 44 günlük Vətən müharibəsində ölkəmizin inkişafı tarixində yeni mərhələ başladı, Cənubi Qafqazın geosiyasi mənzərəsi dəyişdi.

Cənab Prezident, ölkəmizin xoşbəxt gələcəyi bu gün Sizin uğurlu siyasətçi və məsuliyyətli rəhbər kimi davam etdirdiyiniz quruculuq siyasəti ilə bağlıdır. Siz Azərbaycan Respublikasının hər bir sakininin mənafelərini müdafiə edən dözümlülük və əməksevərlik nümunəsisiniz. Sizin peşəkar keyfiyyətləriniz sayəsində bu gün Azərbaycan energetika, iqtisadiyyat və turizm sahələrində dünyanın aparıcı ölkələrindən biridir.

2022-ci ildə mən və təşkilatımızın nümayəndələri Şuşada, Dünya Azərbaycanlılarının V Qurultayında olduq. Orada görülmüş işləri öz gözümüzlə görəndə sevincimizin həddi-hüdudu yox idi.

Rusiyada Sizi dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan əməkdaşlığının genişləndirilməsinin ardıcıl tərəfdarı kimi tanıyırlar. Sizin şəxsi dəstəyinizlə energetika, sənaye və infrastruktur sahələrində iri birgə layihələr həyata keçirilir, ölkələrimizin ictimai strukturları və biznes icmalarının xətti ilə intensiv dialoq aparılır. Biz, Rusiyada yaşayan azərbaycanlılar tarixi Vətənimizdə baş verən bütün siyasi, iqtisadi və mədəni prosesləri çox diqqətlə izləyirik.

Hörmətli Prezident, Siz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ənənəni davam etdirərək Azərbaycanda yaşayan azərbaycanlılarla yanaşı ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimizin də qayğınıza qalırsınız. Rusiyada yaşayan azərbaycanlılara daimi qayğı və diqqətinizə görə həmvətənlərimiz Sizə təşəkkür edirlər. Sizin hər bir uğurunuz bizə böyük sevinc bəxş edir. Sankt-Peterburqda Sizinlə hər bir görüşümüzü səmimiyyətlə xatırlayıram. Sizi Rusiyanın şimal paytaxtında həmişə gözləyirik.

Sizə və yaxınlarınıza səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq, Azərbaycan dövlətinin və xalqının rifahı naminə nailiyyətlər, yeni konstruktiv ideyalar və müdrik qərarlar, zəfərlər arzu edirəm.

Biz Sizi həmişə dəstəkləmişik və həmişə də dəstəkləyəcəyik".

***

Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin rektoru Alevtina Çernikovadan:

"Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin kollektivi adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.

Dövlət başçısı vəzifəsində Azərbaycan Respublikasının tərəqqisinə, ölkənin iqtisadi və intellektual potensialının inkişafına, dövlətlərimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə yönəlmiş səmərəli fəaliyyətiniz Sizə həmvətənlərinizin və rusiyalıların səmimi sevgisini və hörmətini qazandırıb.

Uzun illərdir ki, Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universiteti Azərbaycanın akademik və biznes ictimaiyyəti ilə sıx qarşılıqlı əlaqə saxlayır, ölkənizdə dağ-mədən işinin və metallurgiya sənayesinin inkişafına layiqli töhfə verəcək mütəxəssislərin yeni nəslinin hazırlanmasına yönəlmiş birgə proqramların geniş spektrini uğurla reallaşdırır.

Möhtərəm cənab Prezident, doğum gününüzdə Sizə tükənməz həyat enerjisi, sədaqətli həmfikirlər, möhkəm cansağlığı və əmin-amanlıq arzu edirəm".

***

"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə "Mir" Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

İcazə verin, Sizə möhkəm cansağlığı, ruh yüksəkliyi və ali dövləti fəaliyyətinizdə uğurlar diləyim.

Sizə və yaxınlarınıza uzun ömür, əmin-amanlıq, ən xoş günlər diləyirəm".

Milli.Az


Etiketlər:  İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ