Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa Azərbaycana qarşı yeni plan - sənəd hazırlayır...

Fransa Azərbaycana qarşı yeni plan - sənəd hazırlayır...

Tarix: 28 Dekabr 2022 09:45

Müşahidələr göstərir ki, Fransa son vaxtlar Qarabağ məsələsi ilə bağlı aktivliyini xeyli artırıb. Məsələn, indiyə qədər Fransanın bir neçə ideya üstündə aktivləşdiyini görmüşük. Bölgəyə sülhməramlı missiyanın, ekspertlər qrupunun müəyyən humanitar təşkilatların xətti ilə göndərilməsi məhz Fransanın təşəbbüsü olub. Ancaq bütün bunlarda Fransanın məqsədi, son hədəfi Qarabağda möhkəmlənməkdir.

Maraqlıdır, Fransanın mövcud vəziyyətdə Qarabağ məsələsində maraqları nədən ibarətdir? Burada yalnız erməni faktorumu var? Fransa Senatında bir neçə dəfə bu məsələ müzakirə olunub. Bu günlərdə Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan ziyalılarla görüşdə dedi ki, BMT-də bizə qarşı növbəti təxribat hazırlanır: "Artıq bir neçə gündür ki, xüsusi canfəşanlığı ilə seçilən bəzi ölkələr bizə qarşı növbəti çirkin planlarını həyata keçirmək əzmindədir. Amma hələ ki, bir şey əldə edə bilmirlər, neçə gündür əlləşirlər".

Milli.Az Bakı vaxtı-na istinadla bildirir ki, bundan əvvəl noyabrda da Fransa BMT-də belə bir cəhd etdi. Bəs indi Fransanın qəbul etmək üçün dəridən-qabıqdan çıxdığı yeni sənəd nədən ibarətdir? Qarabağ mövzusu ilə bağlı, Azərbaycan əleyhinə Fransada dövlət səviyyəsində hansı məzmunlu sənədin üstündə iş gedir?

"Son vaxtlar Parisin Qarabağla bağlı məkrli oyunları ölkəmizi beynəlxalq müstəvidə zəiflətməyə hesablanıb"

Sözügedən məsələyə aydınlıq gətirən siyasi ekspert Elşad Həsənovun fikrincə, Fransanın məlum canfəşanlığı bir sıra məqsədlərə hesablanıb:

"Azərbaycanla Ermənistan arasında baş verən hadisələrdə Fransa hər zaman İrəvanın yanında olub. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi, 1997-ci ildən bəri hər zaman Qarabağda status-kvonu saxlamağa çalışıb. Faktiki olaraq praktiki müstəvidə bu yöndə heç bir iş görməyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz gücü hesabına BMT Təhlükəsuzlik Şurasının 4 məlum qətnaməsini özü yerinə yetirdi. Otuz illik işğala son qoyuldu. Bundan sonra, ümumiyyətlə, Minsk Qrupunun vasitəçiliyinə eytiyac qalmadı. Nəinki vasitəçiliyinə, varlığına belə ehtiyac qalmadı. Məhz Azərbaycanın qələbəsindən sonra Fransa fitnəkərcasına bizə qarşı aqressivləşməyə başladı. Çünki status-kvonun dəyişməsi Fransanın maraqlarına uyğun deyildi. Prezident Emmanuel Makron bütün siyasi etik normaları pozaraq, açıq şəkildə Ermənistanın yanında durdu. Özünü ermənidən çox erməni kimi göstərməyə başladı. Son vaxtlar Fransanın Qarabağla bağlı məkrli oyunları ölkəmizi beynəlxalq müstəvidə zəiflətməyə hesablanıb. Fransa BMT Təhlükəsizlik Şurasına daimi üzüvlüyü statusundan sui-istifadə edərək, Azərbaycanla bağlı qərəzli qərarların qəbul olunmasını istəyir. Fransa hakimiyyətinin bu siyasəti prinsipcə yeni deyil. Rəsmi Paris Vətən müharibəsinin qızğın çağında, yəni 2020-ci il noyabrın əvvəllərində də buna cəhd etdi, amma alınmadı. Son dövrlər isə Fransanın bu yöndə cəhdləri daha da artıb. Xüsusən də oktyabrda Praqada keçirilən dördtərəfli görüşdən sonra Fransa rəhbərliyi həyasızlığını bir az da artırıb. Fransa istəyir ki, beynəlxalq müstəvidə Azərbaycana təzyiq göstərilməsini təmin etsin. Bu dəfə Laçın yolunda keçirilən aksiyadan bir bəhanə kimi istifadə etmək istəyir. Guya ki, Azərbaycan Qarabağdaki etnik erməniləri təcrid edir, onları humanitar fəlakətlə qarşı-qarşıya qoyur. Fransada hesab edirlər ki, Ukraynada gedən müharibəyə görə Rusiya zəifləyib. Bu səbəbdən hesab edirlər ki, Fransa Cənubi Qafqazda möhkəmlənə bilər. Ermənistanda ara-sıra baş verən anti-Rusiya etiraz aksiyaları da buna hesablanıb. Parisin Azərbaycanla bağlı həyata keçirmək istədiyi məkrli planlar həm də bununla bağlıdır. Ancaq Parisin bu planları baş tutmayacaq. Fransa indidən çalışır ki, 2025-ci ilin noyabrında Rusiya sülhməramlılarının vaxtı bitəndən sonra onları əvəz etsin. Yəni həmin sülhməramlıların yerini fransızlar tutsun. Bunu Ermənistan da istəyir. Ancaq bu mümkün deyil. Çünki regionda Azərbaycanın müttəfiqi Türkiyə var. O üzdən, Fransanın planları baş tutmayacaq".

Bir sözlə, siyasi ekspert Fransanın planlarının baş tutmayacağı qənaətindədir.

Milli.Az


Etiketlər:  Fransa Azərbaycana qarşı yeni plan sənəd hazırlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ