Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sürücülərin qeyri-adi davranışı təəccübləndirdi - VİDEO

Sürücülərin qeyri-adi davranışı təəccübləndirdi - VİDEO

Tarix: 29 Dekabr 2022 06:32

Keçidin prioritetinə görə avtomobil sürücülərinin qeyri-adi qarşıdurması hadisə şahidləri tərəfindən "Moskva Xəbərləri" Telegram kanalında yayımlanan videoda lentə alınıb.

Milli.Az bildirir ki, videonun başlığında kanal administratorları "Yollardakı qarşıdurma belə görünməlidir" yazıblar.

Videoda Moskva yollarından birində iki avtomobil sürücüsü hərəkət zolaqlarını dəyişməyə çalışıblar. Keçid qaydasını müəyyən etmək üçün onlar "Daş, qayçı, kağız" oyununu oynamağa qərar veriblər. Nəticədə "Jiquli"nin sahibi qalib gəlib və "Volkswagen" markalı avtomobilin sürücüsü ona sakitcə yol verib.

Şərhçilər sürücülərin davranışını bəyəniblər: "Əhvalım yüksəldi", "Əla! Afərin!", "Səriştəli yanaşma", "Dünyanı pozitivlik xilas edəcək", "Bu, normal yoldur. Qırğın olmadan", "Adekvat sürücülərə hörmət edirəm", "Normal qərar verdilər", "Afərin uşaqlar. Əsəb yoxdu", "Əslində".

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Sürücülərin qeyri adi davranışı təəccübləndirdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ