Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2022 16:54
2022-ci il 28 dekabr tarixində Əqli Mülkiyyət Agentliyində dövlət qulluqçularının etik davranış qaydalarına həsr olunan onlayn formatda iclas keçirilib.
Agentlikdən bildirilib ki, tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlət qulluğundaolmağınimtiyazdeyil, məsuliyyət, insanlara xidmət imkanı olması fikrini xüsusi vurğulayaraq dövlət qulluqçularının öz xidməti vəzifələrinin icrası zamanı gözlənilən və tələb olunan davranış qaydalarınına toxunub. O, dövlət qulluğunda etik məsələlərinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək dövlət qulluqçularının dövlət və cəmiyyət qarşısında böyük məsuliyyət daşıdığını bildirib.
İclasda Agentliyin Aparatının Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdirinin müavini, etik davranış qaydaları üzrə məsul şəxs (etik müvəkkil) Əfsanə Mirzəzadənin "Etik davranış qaydaları haqqında 2022-ci il üzrə hesabatı" dinlənilib. Hesabatda qeyd olunub ki, 2022-ci ildə Agentliyin fəaliyyətinə mane ola biləcək məqamların vaxtında aradan qaldırılması məqsədilə maarifləndirmə işi davam etdirilmiş, Agentlik əməkdaşlarının xidməti davranış qaydaları və prinsipləri, dövlət qulluqçularının etik davranış qaydaları haqqında yaddaş kitabçası kimi metodiki vəsaitlər hazırlanmışdır. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əldə olunmuş razılığa əsasən, "Dövlət qulluğunda etik qaydaların praktiki tətbiqi məslələləri" haqqında birgə təlimin keçirilməsi nəzərdə tutulub.
Hesabat dövrü ərzində "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq tələblərini pozan, vəzifə səlahiyyətlərini aşaraq özbaşına qərarlar qəbul edən, sənədlərin icrasını gecikdirən, öz xidməti vəzifələrini yerinə yetirərkən şəffaflıq prinsipinə əməl etməyən Agentliyin bir neçə dövlət qulluqçusu barəsində inzibati tənbeh tədbirləri görülmüş, daha aşağı vəzifələrə keçirilmişdir.
Dövlət qulluğu və Kadrlar şöbəsinin müdiri Ülviyyə Xasayeva çıxış edərək Agentlikdəki kadr məsələlərinə toxunmuş, əməkdaşlar tərəfindən təqdim olunan xəstəlik vərəqələri haqqında məlumat vermişdir.
Daxili nəzarət sektorunun böyük məsləhətçisi Pərvanə Mirzəzadə çıxışında Agentliyin əməkdaşları tərəfinin işə davamiyyət məsələləri haqqında təhlilini təqdim etmişdir.