Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Futbolun kralı vəfat etdi

Futbolun kralı vəfat etdi

Tarix: 29 Dekabr 2022 23:30

Əfsanəvi braziliyalı futbolçu Pele vəfat edib.

Milli.Az bildirir ki, dünyada yeganə üçqat dünya çempionunun 82 yaşı vardı.

Bir ildən artıqdır ki, kimyaterapiyadan keçən 82 yaşlı Pelenin bədənindəki xərçəngin bu ilin əvvəlində ağciyərlərinə, qaraciyərinə və bağırsaqlarına keçdiyi məlum olub.

Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Əfsanəvi idmançı Beynəlxalq Futbol Federasiyasının versiyasına görə XX əsrin ən yaxşı futbolçusu elan edilib.

Hücumçu Braziliyanın "Santos" (1956-1974-cü illər) və Amerikanın "Nyu-York Kosmos" (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində 1 279 qolla Ginnessin "Rekordlar" kitabına düşüb.

Milli.Az


Etiketlər:  Futbolun kralı vəfat etdi


RƏYLƏR